RU

Qazaxıstan Prezidenti: Bütün dünyada miqrasiya axınları artır

BAKI, 26 yanvar. TELEQRAF

“Qazaxıstan miqrasiya nəzarət sistemini tam rəqəmsallaşdırmalıdır, çünki ölkə miqrantlar üçün tranzit mərkəzinə çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Kasım-Jomart Tokayev Baş Prokurorluqda keçirilən görüşdə deyib.

“Miqrasiya tənzimləməsini tam rəqəmsallaşdırmalıyıq. Bu, uzun müddətdir müzakirə etdiyimiz son dərəcə aktual məsələdir, amma indiyə qədər minimal müsbət irəliləyiş olub. Qlobal vəziyyət mürəkkəbdir. Demək olar ki, bütün dünyada miqrasiya axınları artır. Bu şəraitdə Qazaxıstan əlverişli tranzit mərkəzi və uzunmüddətli xarici miqrantlar üçün cəlbedici məkan olduğunu sübut edir”, - o vurğulayıb.

Kaşım-Jomart Tokayev miqrasiya nəzarətini təmin etmək məqsədilə xarici vətəndaşların hərəkəti üçün müvəqqəti qeydiyyat və monitorinq sistemlərinin modernləşdirilməsinin prioritet vəzifə olduğunu qeyd edib və buna görə hökumətə Milli Təhlükəsizlik Xidməti ilə birlikdə bu sahədə işləri sürətləndirmək tapşırığını verib.

Избранный
53
teleqraf.com

1Источники