RU

Zahid Oruc xaricdəki mühacirlərlə bağlı ÇAĞIRIŞ ETDİ: "Prezidentin şəxsiyyəti və ailə üzvlərinə qarşı hücumlar əsla fərdi qərar, özəl seçim deyil"

"Mehman Hüseynov, "Mağara TV", "Oğuz TV", "Osmanqızı TV" və digər  terror mediası Azərbaycandakı ictimai rəyi manipulyasiya etmək üçün istifadə olunan qara texnologiya alətləridir. Əgər bir ay monitorinq aparsanız, onda sözügedən qrupların əsas hədəfinin məhz dövlətimizin qazandığı uğurlar olduğunu görəcəksiniz, əksər sosial problemlərin siyasiləşdirildiyinin şahidi olacaqsınız. İndi İrəvanla sülh gündəliyinin irəliyə aparıldığı dövrdə əsil düşmənlər üzə çıxıb. Prezidentin şəxsiyyəti və ailə üzvlərinə qarşı hücumlar əsla fərdi qərar, yaxud özəl seçim deyil, xalqımızı Zəfərə qovuşduran bir liderin ərazi bütövlüyünü və suverenliyi təmin edən qətiyyəti, yürütdüyü qlobal siyasəti,  müstəqil  dövlət kursudur".

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

 

Z.Oruc bildirib ki, dövlət başçılarına qarşı informasiya terroru, çirkli siyasi kampaniyalar dünyanın hər yerində geniş yayılıb:

 

"Təkcə bir misal hazırkı qlobal siyasi məkanda gedən hibrid mübarizənin şiddətini göstərir - Almaniya federal kansleri Fridrix Mertsin 5000 dəfə məhkəmə iddiası qaldırması birinci şəxslərin məruz qaldıqları haqsız iftira və böhtanların miqyasını göstərir. Fransa və digər aparıcı dövlətlərdə də oxşar mənzərə yaşanır. Əslində, düzgün adı ilə çağırılsa, süni intellekt əsaslı feyk və dipfeyk əməliyyatlar siyasi terrorun bir növüdür. Məsqəd dövlət rəhbərlərinin şəxsi reputasiyanın zədələnməsi ilə imic itkisinə məruz qoymaq, idarəçilik sistemini zəiflətmək, hakimiyyəti əsas gündəliyindən çıxarmaq və nəticədə, alterantiv güc olduqlarını nümayiş etdirməyə hesablanan hibrid savaşdır. Müasir kommunikasiya erasında süni intellektin köməyi ilə hər bir xalqın üzərində qərar tutduğu dəyərlər sistemini - mənəvi-əxlaqi xüsusiyyətləri təyin edərək, məhz oradan zərbələr endirmək, mental və kültür ənənələrə zidd məzmunlar yaymaqla insanların, siyasi rəhbələrin şərəf və ləyaqətinə toxunmaq ərazi işğalları və silahlı döyüşlər aparan qüvvələrlə eyni məqsədli əməllərdir. “Terror mediası”nın maliyyə mənbələri təkcə kəşfiyyat qrupları deyil, xainlər qrupu, narazı siyasi və iqtisadi dairələr də muzdlu rolunda çıxış edirlər. Lakin Məhəmməd Mirəzli, Mehman Hüseynov kimi tərcümeyi-hallarını səhvsiz yaza bilməyən birhüceyrəli ünsürlər, onlara platforma yaradan Avropa parlamentarisi Natali Luazo, Rafael Qluksman və digər Yelisey qırğıları sistemli şəkildə Azərbaycanı hədəfə alaraq, kompromat savaşı aparırlar. Yaxın tariximizdə landromat-camaşırxanalarda yerləşdirilən, millət davasına bürünən, sosial-siyasi simasını itirmiş adamları görmüşük. Hər kəs bilməlidir ki, döyüş meydanlarında məğlub olanlar müharibəni kiberməkana daşıyıblar. Azərbaycanın Vətən savaşında qalibiyyəti, tarixində ilk dəfə Zəfəri ən güclü dövlətdə tanıtdırıması və yeni geosiyasi arxitektura qurması, regional barışı təmin edən liderin qlobal miqyasda nüfuzunun qəbulu və keçirdiyi görüşlər, Davosda ən yüksək səviyyədə nümayişi düşmənləri dərindən narahat edir. Rusiyanın Ukrayna bataqlığında 4-cü ildir, batıb qalması, İranda daxili iğtişaşların davam etməsi fonunda Azərbaycan "sabitlik adasıdır. Ölkəmizin mövqeyini zəiflətmək və müstəqil qərarlarının qarşısını almaq, xüsusilə, sülh gündəliyini və 8 avqustdan Ağ Ev Sülh Zirvəsindən sonra qurulan yeni siyasi gələcəyi həzm etmək istəməyən dairələr hərəkətə keçiblər".

 

Deputat deyib ki, aparılan "psixoloji müharibə"nin hədəfi Azərbaycan dövlətidir:

 

"Ali Baş Komandan dünya lideri kimi on illər ərzində ən müxtəlif hücumları dəf edib və nəinki indiki, hətta keçmişdə millətimizə düşmənçilik edən qüvvələri də məğlub edib. “Terror mediası" ayaqlarına nəzarət çipləri bağlanan və tezislərlə beyinsiz yönləndirilən manqurtlardır. İndi süni intellekt platformalarını mənfur üzlərinə tutanlar hər gün ətrafa pandemiya yayırlar. Lakin "Meta" kimi böyük texnoloji və sosial media korporasiyaları, "Yutub" və digər  platformalar, "hi-tech" şirkətləir bilavasitə hüquqi məsuliyyət daşıyırlar. Çirkli biznes maraqlarını ön planda tutanlar müstəqil dövlətlərdən gələn çağırışlara  cavab verməyə borcludurlar. Avropa Birliyi Ermənistana informasiya məkanını və rəqəsmal suverenliyni qorumaq üçün 15 milyon avro  yardım  ayırıb. Etiraz etmirik, lakin 500 milyon əhalini çirkli informasiyadan hifz etmək üçün Brüssel çinovniklərinin qəbul etdikləri onlarla hüquqi akta və 100 milyonlarla avro maliyyə vəsaitlərinə nə qədər haqq verilsə də, digər dövlətlərin suverenliyi aşağı yerə qoyula bilməz.  Belə ayrı-seçkliyi qəbul etmirik. İşğalı qoruyub saxalamağa çalışanlar indi nəinki Azərbaycana belə terror mediasından özünü qorumağa yardım etmirlər, əksinə, onun sistemli təşkilində, daimi mühafizəsində və gündəlik tezislərlə, saxta təsvirlərin, görüntülərin təchizində rol oynayırlar. Azərbaycan Respublikasının Baş Prokurorluğu haqlı olaraq anti-konstitusion çağırışlar edən və milli dəyərlər əleyhinə mübarizə aparan qüvvələrə hüquqi qaydada cəza  çıxarıb. Hökmlərin icrasına Brüssel və digər siyasi paytaxtlar yardımçı olmalıdır. "Çirkli kampaniyaların" qarşısını almaq yalnız dövlətin və beynəlxalq hüquqla işləyən qüvvələrin deyil, həm də ictimaiyyətin vəzifəsidir.  Onlar bilməldirlər ki, bu kampaniyanı aparanlar torpaqlarımıza təcavüz edən qüvvələrlə eyni məram və səngərdə yer alanlardır. Ölkəmizdə Qələbədən sonra qlobal siyasi çəki qazanan və "Böyük Qayıdış"la xalqımızla yeni vətən quran bir dövləti ləkələmək məqsədlərinə görə silahlı müharibədən əsla fərqlənmir. Azərbaycan Avropadakı tərəfdaşlarına, Strasburq və Brüssel məmurlarına haqlı mesajlar verir: demokratik və hüquqi cəmiyyət qurucluğu ideallarına sadiqsinizsə, terror mediası ünsürlərini himayə etməyin və onları geri verin! Mətbuat azadlığı ilə heç bir əlaqəsi olmayan və total nəzarət altında saxladığınız qüvvələrdən fərqli olaraq, satqın və xain qüvvələri güclü qoruma altında saxlamayın! Hərbi savaşı qalibiyyətlə tamamlayan bir dövlət  silahsız döyüşləri də qazanacaqdır. Həqiqətən, sizin Strasburqdan dünyaya verdiyiniz bəyanatlar insan hüquqlarının qorunmasıdırsa, müstəqil dövlətləri linç etməyi dayandırın. Azərbaycanın qarşılaşdığı qara təbliğat və informasiya müharibəsi, yalnız daxili və xarici siyasət məsələsi deyil, həm də qlobal güc mübarizəsinin bir parçasıdır. Həm dövlət, həm də beynəlxalq təşkilatlar daha fəal və koordinasiyalı olarsa, hüquqi və diplomatik alətlərdən istifadə edərək, informasiya məkanımızı ələ keçirməyə və kiber-vətənimizin işğalına çalışanlar üzərində də 8 noyabr Zəfəri qazanılacaqdır".

 

Aytəkin Qardaşova

Tarix: 26 Yanvar 2026, 15:24   
Избранный
95
pravda.az

1Источники