RU

Damarlar üçün faydalı qidalar -Professordan


Professor, damar cərrahı Məhəmməd Kərimov damarlar üçün faydalı olan qidaları açıqlayıb.

Medicina.az xəbər verir ki, bu qidalar əsasən meyvə və tərəvəzlərdən ibarətdir:

"Ən çox dünyada istifadə olunan və effektivliyi sübut olunan meyvə qaragilədir. Bizdə az istifadə olunsa da, Avropada çox geniş yayılıb. Bu qidaya "super food" deyirlər. Damar üçün ən dəyərli qidadır. İstər təzə, istərsə də şirə şəklində istifadəsi çox faydalıdır. Bir çox ölkələrdə dondurulmuş şəkildə saxlayıb, bütün qış boyu istifadə edirlər. Digər qida isə, Azərbaycanda geniş yayılan nardır. Nar şirəsi güclü antioksidantdır. Qanın laxtalanmasını aşağı salır, qanın reologiyasını yaxşılaşdırır. Bundan başqa, tromb əmələ gəlməsinin qarşısını alır, damarın daxili qatını qoruyur. Üçüncü yerdə, ən çox istifadə olunan ispanaqdır. Amma çox təəssüf ki, bizdə ispanaqdan düzgün istifadə olunmur. Əsasən onu qaynadırlar, bişirirlər. Bütün inqredientlərin hamısı parçalanır. Odur ki, ispanağı çiy-çiy və ya bir-iki dəqiqə su buxarında saxlamaqla istifadə etmək məsləhətlidir".

Professor daha sonra əlavə edib:

"Damar sağlamlığı təkcə dərman və müalicə ilə qorunmur. Gündəlik qidalanma damarların elastikliyi, qan axını və tromb riskinin azalmasında həlledici rol oynayır.

- Omeqa-3 ilə zəngin qidalar
-Balıq (somon, skumbriya, sardina)

- Qoz, kətan toxumu, çia toxumu:
Qanı duruldur
Tromb riskini azaldır
Damar iltihabını zəiflədir

- Yaşıl yarpaqlı tərəvəzlər
İspanaq
Kahı
Brokkoli
Roka

Faydası:
Damar divarını möhkəmləndirir
Qan təzyiqini
tənzimləyir
Qan dövranını yaxşılaşdırır
- Antioksidantla zəngin meyvələr Giləmeyvələr (çiyələk, böyürtkən, qaragilə) Nar
Albalı

Faydası:

Damarları oksidləşmədən qoruyur
Aterosklerozun qarşısını alırYaşlanma prosesini ləngidir
- Sağlam yağlar Zeytun yağı
Avokado

Faydası:

“Pis xolesterin”i azaldır
Damar elastikliyini artırır
Ürək-damar riskini azaldır

- Sarımsaq faydası: Qan axınını yaxşılaşdırır
Tromb əmələ gəlməsinin qarşısını alır
Təbii damar qoruyucusudur

- Liflə zəngin qidalar Yulaf
Paxlalılar
Tam buğda məhsulları Faydası:
Xolesterini aşağı salır Qan şəkərini stabil saxlayır
Damar tıxanıqlığı riskini azaldır"

Damarlar üçün zərərli olanlar qidalar:

-Fast-food
Trans yağlar
Həddindən artıq duz Şəkərli və qazlı içkilər Siqaret və alkoqol

Unutmayın: Damarlar hər gün nə yediyinizə reaksiya verir. Düzgün qida = sağlam damar = uzun və keyfiyyətli həyat. Damar xəstəliklərindən qorunmaq istəyirsinizsə, boşqabınızdan başlayın".

Aygün
Medicina.az


Избранный
5
1
medicina.az

2Источники