RU

3I/ATLAS UNO kometası ilə bağlı qeyri adi versiya: Sabit mövqe tutub və Yer kürəsini skanerdən keçirir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələr və elmi ictimaiyyət "3I/ATLAS" ulduzlararası obyektinin davranışı ilə bağlı qeyri-adi versiyanı müzakirə edirlər. Bir sıra tədqiqatçıların fikrincə, onun hərəkətində və aktivliyindəki anomaliyalar məqsədyönlü şəkildə Yer kürəsinin müşahidə edilməsinin mümkünlüyünü göstərir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Aif.ru nəşri məlumat verir.

Materialda iddia edilir ki, obyekt sadəcə Yer kürəsinin yanından uçub keçməyib, həmçinin planetimizin öyrənilməsinə imkan verən sabit mövqe tutub. "3I/ATLAS" öz trayektoriyasını elə tənzimləyib ki, Yer kürəsi bir həftə ərzində onun birbaşa təsir zonasında olub.

Parlaqlığın kəskin artması və quyruğundakı dəyişikliklər məhz bu dövrə təsadüf edib. Məlumatlarda deyilir ki, əgər onun süni mənşəyi qəbul edilərsə, o zaman bu, skanerdən keçirmə olub.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında kəşf edilən "3I/ATLAS" obyekti kometalar üçün qeyri-tipik davranışına görə uzun müddətdir Harvardın professoru Avi Leb kimi alimlərin diqqətini cəlb edir. 2025-ci ilin dekabr ayında Yerə ən yaxın məsafədə yaxınlaşmasından və yanvar ayında planetimizin Günəşlə onun arasından keçməsindən sonra bir sıra rəsədxanalar təkrar anomal siqnallar qeydə alıblar ki, bunlar da mümkün skanerdən keçirmə kimi şərh edilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
14
oxu.az

1Источники