RU

Dünyanın ən bahalı ordularının siyahısı açıqlandı - Azərbaycanın yeri…

Üçüncü Dünya Müharibəsi ehtimalı, eyni zamanda dünyada  hərbi böhranlar və münaqişə ocaqları artıqca  ölkələr də həbri riskləri azaltmaq üçün öz müdafiə qabliyyətlərini artır və bu sahəyə daha çox sərmayə qoyur.

Ölkə.az xəbər verir ki, artan təhdid qavrayışları və texnoloji transformasiya bu yüksəlişin əsas səbəblərindəndir. Son illərdə müdafiə sektorundakı sürətli inkişaflar müasir müharibə doktrinalarını tamamilə yenidən formalaşdırır.

“Global Fire Power” bugünkü sürətlə dəyişən qlobal təhlükəsizlik mənzərəsində müdafiə xərcləri büdcələri getdikcə daha çox diqqəti cəlb etdiyini nəzərə alaraq 2026-cı il üçün dünya ölkələrinin ən bahalı ordusunun reytinq siyahısını açıqlayıb. 

“Global Fire Power”in yeni dərc olunmuş hesabatında Üçüncü Dünya Müharibəsi riskinin yaratdığı hərbi modernləşmə yarışının miqyası açıqlanır və bir çox ölkədə müdafiəyə düşən maliyyə yükünün rekord səviyyəyə çatdığı göstərilir.

“Global Fire Power”in reytinq siyahsında Azərbaycan  ordusu da dünyanın ən bahalı orduları sırasında  xüsusi yerlərdən birini tutub.
Reytinq cədvəlində hərbi bir ölkənin müdafiə sahəsinən aydırdığı vəsait göstərilib.
Hesabatda 104 ölkənin adı yer alıb. 

Bunlar aşağıdakılardır:

1. ABŞ-831,5 milryard dollar;
2.Çin-303 milyard dollar;
3.Rusiya-212,6 milyard dollar;
4.Almaniya-127.4 milyard dollar;
5.Hindstan-109 milyard dollar;
6.Böyük Britaniya-88,5 milyard dollar;
7.Fransa-67,2 milyard dollar;
8.Səudiyyə Ərəbistanı-64 milyard dollar;
9.Yaponiya-58 mlrd.dollar;
10.Avstraliya-57,4 mlrd.dollar;
11.Polşa-55,9 mlrd.dollar;
12.Türkiyə-51,4 mlrd.dollar;
13. Kanada, 45-8 mlrd.dollar;

İran-9,2 mlrd.dollarla 36-cı, Pakistan- 9,1 mlrd.dollarla-38-ci, Özbəkistan-6,2  mlrd dollarla 49-cu, Qazaxıstan-54, mlrd. dollarla 54-cü, Azərbaycan isə 5,1 milyard dollarla 58-ci yerdə qərarlaşıb.

Ermənistan- 1, 5 milyard dollarla 86-cə yerdə qərarlaşıb. Qonşu Gürcüstan isə 104 ölkə arasında yer almayıb.
“Global Fire Power”in dünyanaın ən güclü  ordularının reytinq siyahsında Azərbaycan 60-cı, Ermənistan isə 101-ci yerdə qərarlaşıb.

Mürtəza

Избранный
67
olke.az

1Источники