RU

BMU-nun 16 tələbəsi təqaüd proqramının qalibi olub

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal körpü” təcrübə və təqaüd proqramının qalibi olublar.  

"Unikal" xəbər verir ki, BMU-nun əsasən İnformasiya və kompüter  texnologiyaları, o cümlədən Mühəndislik fakültələrindən, ümumilikdə 16 tələbə informasiya texnologiyaları istiqaməti üzrə təşkil olunan proqramın bütün müsabiqə mərhələlərini uğurla keçib.  Bu göstəriciyə görə BMU ali təhsil müəssisələri arasında ilk üçlükdə yer alan universitet olub. 

Tələbələr proqram çərçivəsində bu ilin fevral-may aylarında təşkil olunacaq təcrübələrini  “AzIn Telecom”,  Milli Süni İntellekt Mərkəzi, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları”  QSC, “Azərpoçt” MMC, “Azercell Telecom”,  “Aztelekom” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində keçəcəklər.  

İştirakçılar proqram müddətində təcrübə keçməklə yanaşı, mentor dəstəyi, peşəkar təlimlər və təqaüdlə təmin olunacaqlar. Təcrübə zamanı tələbələr  real iş mühitində nəzəri biliklərini praktikada tətbiq etmək, müasir rəqəmsal texnologiyalarla işləmək, eləcə də peşəkar mütəxəssislərin rəhbərliyi altında təcrübə qazanmaq imkanı əldə edəcəklər. Qazanılan bilik və bacarıqlar tələbələrin gələcək karyera inkişafına da mühüm töhfə verəcək. 

Избранный
10
unikal.az

1Источники