RU

Nazirlik qərar verdi: Bu şəxslər vəzifəsini itirdi - SİYAHI

Mədəniyyət Nazirliyi dövlət teatrlarının yeni əsasnamələrini, struktur və ştat cədvəllərini təsdiqləyib. “Teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə uyğun olaraq, qəbul edilən qərar nəticəsində dövlət teatrlarında baş rejissor ştatı ləğv edilib.

“Yeni Sabah” həmin qərar nəticəsində işini itirən şəxslərin siyahısını təqdim edir.

Azərbaycan Dövlət Akademik Dram Teatrı - Mehriban Ələkbərzadə;

Dövlət Akademik Musiqili Teatrı - Cavid İmamverdiyev;

Dövlət Akademik Rus Dram Teatrı - Aleksandr Şarovski;

Bakı Uşaq və Gənclər Teatrı - İntiqam Soltan;

Dövlət Yuğ Teatrı - Mikayıl Mikayılov;

Dövlət Opera və Balet Teatrı - Hafiz Quliyev;

Azərbaycan Dövlət Pantomim Teatrı - Bəxtiyar Xanızadə;

Azərbaycan Dövlət Kukla Teatrı - Anar Məmmədov;

Bakı Bələdiyyə Teatrı - Mərahim Fərzəlibəyov.

Şuşa Dövlət Musiqili Dram Teatrı - Anar Sadıqov

Ağdam Dövlət Dram Teatrı - Novruz Cəfərov

Füzuli Dövlət Dram Teatrı - Asif Şirinov

Qax Dövlət Kukla Teatrı - Yusif Abdurahmanov

Salyan Dövlət Kukla Teatrı - Rafiq Mirzə

Gəncə Dövlət Milli Dram Teatrı - Elşad Əhmədli

Sumqayıt Dövlət Dram Teatrı - Firudin Məhərrəmov

Mingəçevir Dövlət Dram Teatrı - Vüsal Mehrəliyev

Qeyd edək ki, Azərbaycanda 30-da çox dövlət teatrı var.

Aydan Hacı


Telegram kanalımız
Избранный
38
49
yenisabah.az

10Источники