RU

"Yaşıl" enerji İsrail və Azərbaycan arasında əməkdaşlığın perspektivli sahəsidir - İsrail XİN (ÖZƏL)

Bakı. Trend:

“Yaşıl” enerji Azərbaycan və İsrail şirkətləri arasındaəməkdaşlıqda perspektivli sahədir.

Bunu Trend-əİsrail Xarici İşlər Nazirliyinin iqtisadi məsələlər üzrə şöbəsininrəhbəri və baş direktorunun müavini Yael Ravia-Zadok bu gün Bakıdakeçirilən Azərbaycan-İsrail biznes-forumu çərçivəsində deyib.

“Yaşıl enerji məsələsinə gəlincə, İsraildə bərpa olunan enerji,enerji səmərəliliyi, enerji yığımı və əlaqəli sahələrdə qabaqcıltexnologiyalara malik 200-dən çox şirkət fəaliyyət göstərir. Bu,İsrail və Azərbaycan şirkətləri arasında çox perspektivliəməkdaşlıq sahəsi ola bilər, belə ki, hamımız təkcə neftlə bağlıolmayan həlləri axtarırıq. Beləliklə, bu sahə heç şübhəsiz, İsrailtexnologiyaları ilə Azərbaycan bazarları və investisiyalarıarasında qarşılıqlı əlaqənin genişlənməsi üçün potensialamalikdir”, - deyə o bildirib.

Yael Ravia-Zadok vurğulayıb ki, İsrail SOCAR-ın “Tamar” qazyatağına qoyduğu yatırımlarından, həmçinin SOCAR-ın bp iləəməkdaşlıq etdiyi dördüncü lisenziya turunda iştirakından çoxməmnundur.

“İsraildə bu yatırımlar yüksək qiymətləndirilir və bizAzərbaycan tərəfindən İsrail ekosisteminə daha çox sərmayələrinqoyulmasını səbirsizliklə gözləyirik”, - deyə o əlavə edib.

Məqalədə:
Избранный
85
1
az.trend.az

2Источники