Bakı. Trend:
Avstriyadan olan deputat Petra Bayr Avropa Şurasının ParlamentAssambleyasının yeni prezidenti seçilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Bayr Avstriya parlamentinin xarici siyasət komitəsinin sədridir.AŞPA-da keçirilən səs vermədə 164 parlamentari onun leyhinə səsverib və beləcə, avstriyalı deputat İsveçdən olan sağçı-mühafizəkarrəqibinə böyük səs üstünlüyü ilə qalib gəlib.
Strasburqda etdiyi çıxışda Petra Bayr AŞPA prezidenti olacağımüddətdə, təşkilatın beynəlxalq hüquqa, sülhə və ölkələrin ərazibütövlüyünə sadiqliyini qoruyub saxlayacağını bildirib.
“Hüquq gücdən üstün olmalıdır, mən buna əminəm. Bütünmüqavimətlərə rəğmən biz qayda-qanuna əsaslanan dünya nizamınıqoruyub saxlamaq məcburiyyətindəyik”,-deyə o bildirib.
Bayr çıxışında Rusiyanın Ukraynaya qarşı apardığı işğalmüharibəsini qəti şəkildə pisləyir və əhalinin cəsur müqavimətiniyüksək qiymətləndirib.
Qeyd edək ki, Petra Bayra 2002-ci ildən Avstriya parlamentinindeputatıdır.