"Qalatasaray" "Jirona"nın vingeri Yaser Asprillanın sıralarına qatdığını açıqlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, kolumbiyalı vinger mövsümün sonuna qədər icarəyə götürülüb.
"Jirona" Yaseri 2024-cü ilinin yayında, 25 milyon avro qarşılığında "Uotford"dan alıb. Bu, Kataloniya klubunun tarixində transferə xərclənmiş rekord məbləğdir. La Liqa təmsilçisi ilə müqaviləsinin müddəti 2030-cu ilə qədər nəzərdə tutulan 22 yaşlı cinah hücumçusu bu mövsüm 17 matça çıxaraq 1 qol və 1 qol ötürməsi ilə yadda qalıb.