Bakı. Trend:
Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı, ənənəvimarşrutların geosiyasi və iqtisadi risklərlə üzləşdiyi bir dövrdəAvrasiya məkanında alternativ, etibarlı və dayanıqlı logistikaqovşaqlarına ehtiyac sürətlə artır. Məhz bu kontekstdə BakıBeynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) Azərbaycanla yanaşı,Avropa–Asiya arasında yük axınlarını şaxələndirməyə çalışan onlarlaölkənin strateji maraq nöqtəsinə çevrilir.
Son illərdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – daha çoxOrta Dəhliz kimi tanınan xətt – qlobal ticarət gündəmindəkeyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Çin, Mərkəzi Asiya, Xəzərhövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut artıq birsıra yüklər üçün əsas tranzit xətti funksiyasını yerinə yetirməyəbaşlayıb. Bu marşrutun mərkəzində isə Bakı Limanı dayanır desəkyanılmarıq. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsindəyerləşən liman multimodal imkanları – dəmir yolu, avtomobil vədəniz nəqliyyatının inteqrasiyası – sayəsində Avrasiyanın əsas“keçid platforması” rolunu oynayır. Təsadüfi deyil ki, son beş ildəlimanda konteyner aşırmaları təxminən iki dəfə artıb, 2025-ci ildəisə illik konteyner dövriyyəsi ilk dəfə 100 min TEU həddini keçib.Belə ki, 2020-2025-ci illərdə "Azərbaycan Dəmir Yolları" QSC-nin(ADY) Bakı Beynəlxalq Dəniz Limanında 365 min 860 TEU konteynerdənçox yük aşırılıb. Məlumata əsasən, təkcə 2025-ci ildə isə Bakılimanında 107 min 54 TEU konteyner yük aşırılıb ki, bu da 2024-cüillə müqayisədə 40%-ə yaxın artım deməkdir.
2026-cı il üzrə isə Bakı Limanında 110 min TEU-dan çox yükaşırılacağı planlaşdırılır. Ümumilikdə, Bakı Limanının illikyükaşırma qabiliyyətinin 260 000 TEU-ya çatdırılacağı hədəflənirki, bu da əvvəlki göstəricidən kifayət qədər fərqlənir. Məlumatüçün qeyd edək ki, hazırda Limanın illik yükaşırma qabiliyyəti 150000 TEU-dur. Bu artımı yalnız rəqəmlərlə izah etmək doğru olmazdı.Burada eyni zamanda söhbət marşrut təhlükəsizliyi, çatdırılmavaxtının qısalması, risklərin azaldılması və xərclərinoptimallaşdırılması kimi faktorların birləşməsindən gedir. DünyaBankının Avrasiya nəqliyyat dəhlizlərinə dair son hesabatlarında davurğulanır ki, Orta Dəhliz üzrə daşımaların artımı təchizatzəncirlərinin geosiyasi risklərə adaptasiyasının realnümunəsidir.
2018-ci ildə limanın birinci inkişaf mərhələsinin tamamlanmasıilə Bakı Limanı illik 15 milyon ton yük və 100 min TEU konteyneraşırma gücünə malik oldu. Lakin yüklərin faktiki artım dinamikasıbu həddin kifayət etmədiyini göstərdi. Məhz buna görə ikinci fazaüzrə planlaşdırılan genişlənmə – illik 25 milyon ton yük və 500 minTEU konteyner – strateji zərurət kimi dəyərləndirilir.
Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov ötən ilisonlarında liman ərazisinə təşkil edilən mediatur zamanıjurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Limanının ikincifazası üzrə layihələndirmə işlərinin nəticələri yaxın aylarda bəlliolacaq. O xatırlatmışdı ki, Bakı Limanın birinci fazası üzrə işlərartıq yekunlaşıb: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikincifazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteynerekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləridavam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq".
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı Limanıtutumunu artırmaqla yanaşı, eyni zamanda funksional baxımdandərinləşir. Gübrə terminalı, planlaşdırılan buğda terminalı, TIRparkı və intermodal yük terminalı limanı klassik dəniz limanındankompleks logistika habına çevirir. Xüsusilə Orta Asiya ölkələriningübrə və aqrar məhsullarının Avropa bazarlarına çıxışı baxımındanBakı Limanı kritik tranzit qapısına çevrilir.
2025-ci ilin fevralında Bakı Limanının “Azərbaycan DəmirYolları” QSC-yə birləşdirilməsi vahid nəqliyyat idarəetmə modelinəkeçid kimi qiymətləndirilə bilər. Bu addım dəniz və dəmir yoluəməliyyatları arasında koordinasiyanı gücləndirərək tranzit vaxtınıazaldır və logistika xərclərini aşağı salır. Beynəlxalq ValyutaFondunun (BVF) nəqliyyat və ticarət axınları üzrəqiymətləndirmələrində də qeyd olunur ki, multimodal nəqliyyatdavahid idarəetmə modelləri tranzit ölkələrin rəqabət üstünlüyünüəhəmiyyətli dərəcədə artırır. Bakı Limanı nümunəsində bu, artıqreal nəticələrlə özünü göstərir: blok-qatarların sayı artır,yüklərin gözləmə müddəti azalır, xidmət keyfiyyəti yüksəlir.
Bakı Limanının inkişaf strategiyasında son illərin ən prioritetistiqamətlərindən biri rəqəmsallaşmadır. Limanın “Azərbaycan DəmirYolları” QSC-yə inteqrasiyasından sonra bu proses daha sistemli vəmərhələli xarakter alıb. Rəqəmsal həllərin tətbiqi əməliyyatşəffaflığını artırmaqla yanaşı, məlumat axınlarının vahidplatformada birləşdirilməsinə və müştəri yönümlü xidmət modelininformalaşmasına imkan yaradır.
Bu istiqamətdə əsas addımlardan biri Liman İdarəetmə MəlumatSistemi üzrə yeni nəsil həllin hazırlanmasıdır. 2020–2023-cüillərdə mövcud sistemin istismarı zamanı üzə çıxan texnikiməhdudiyyətlər nəzərə alınaraq, 2025-ci ildən etibarən tamamiləyeni konsepsiya üzərində işə başlanılıb və hazırda bu layihə aktivmərhələdədir. Yeni sistem limanın gəmi, yük, vaqon, avtomobil vəanbar əməliyyatlarını vahid əməliyyat platformasında birləşdirərəkyükaşırma planlaması, növbə idarəetməsi, körpü utilizasiyası vəresurs bölgüsünün real vaxt rejimində izlənməsinə imkan verəcək.Digər informasiya sistemləri ilə inteqrasiya nəticəsində müştəriləryüklərinin statusu, sənədlərin icra mərhələləri və əməliyyatprosesləri barədə onlayn məlumat əldə edə biləcəklər ki, bu daxidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Rəqəmsallaşma strategiyasının ikinci əsas komponenti limanın daxilibiznes proseslərinin vahid platformada avtomatlaşdırılmasıdır.Mərhələli şəkildə həyata keçirilən bu layihə çərçivəsindəsatınalma, maliyyə, kommersiya, əməliyyat və nəzarət məntəqələriüzrə gündəlik proseslərin rəqəmsal mühitdə icrası təmin olunur.Modullar arasında qurulan inteqrasiya məlumatın təkrar daxiledilməsini minimuma endirir, insan amilindən qaynaqlanan riskləriazaldır və real vaxt rejimində daha dolğun hesabatlılıq imkanlarıyaradır. Bu yanaşma idarəetmədə çevikliyi artırmaqla yanaşı,qərarların daha operativ və əsaslandırılmış şəkildə qəbuledilməsinə şərait yaradır.
Üçüncü mühüm istiqamət isə təhlükəsizlik və müşahidəinfrastrukturunun rəqəmsallaşdırılmasıdır. Layihənin ilkinmərhələsində liman ərazisində müasir müşahidə və analitikaavadanlıqları quraşdırılıb və sistem istismara verilib. Hazırdatexniki xidmət mexanizmlərinin təkmilləşdirilməsi və mövcudanalitika sistemlərində aşkar edilmiş nasazlıqların aradanqaldırılması üzrə işlər aparılır. Növbəti mərhələdə bütün müşahidəvə təhlükəsizlik sistemlərinin vahid mərkəzdən idarə olunmasınıtəmin edən mərkəzləşdirilmiş idarəetmə zonasının yaradılmasınəzərdə tutulur. Bu, əməliyyat risklərinin daha erkən mərhələdəaşkarlanmasına və liman ərazisində yük və nəqliyyat hərəkətinindaha təhlükəsiz şəkildə təşkili üçün əlavə imkanlar yaradacaq.
Ümumilikdə, Bakı Limanında rəqəmsallaşma və vahid idarəetməplatformalarına keçid əməliyyatların şəffaflığını və nəzarətimkanlarını artırmaqla yanaşı, proseslərin sürətini əhəmiyyətlidərəcədə yüksəldir. Real vaxtda məlumat mübadiləsi, sənədləşməninelektronlaşdırılması və idarəetmə funksiyalarınınmərkəzləşdirilməsi limanın əməliyyat yükünü azaldır, xidmətkeyfiyyətini yüksəldir və Bakı Limanını Orta Dəhliz üzrə dahaçevik, proqnozlaşdırılan və rəqabətqabiliyyətli logistikaplatformasına çevirir.
Bakı Limanının regionda “EcoPorts” sertifikatı alan ilk limanolması və 2035-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfionun beynəlxalq mövqeyini daha da gücləndirir. Günəş panelləri vəBatareya Enerji Saxlama Sistemi (BESS) ilə bağlı layihə isə limanıntəkcə ekoloji deyil, enerji təhlükəsizliyi baxımından dadayanıqlığını artırır. Məsələn, bu istiqamətdə atılan addımlardanCOP29 çərçivəsində Bakı Limanında günəş panellərinin quraşdırılmasıilə bağlı çərçivə sazişi imzalanmasını qeyd edə bilərik.“Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusununinşası üçün imzalanan bu sazişlə Azərbaycanın təmiz enerjiyəkeçidində liimanın rolunu bir daha ön plana çıxardı.
Qərb analitik mərkəzləri son hesabatlarında vurğulayır ki,Avropa şirkətləri üçün logistika qovşaqlarının “yaşıl” statusuartıq əlavə üstünlük deyil, əsas seçim meyarlarından biridir. Bubaxımdan Bakı Limanı Avropa investorları üçün yalnız tranzitnöqtəsi deyil, uzunmüddətli tərəfdaşlıq platforması kimi çıxışedir.
Bakı Limanının rolu Azərbaycan sərhədlərini çoxdan aşıb.Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Türkiyə və Avropaölkələri üçün liman təchizat zəncirinin kritik halqası hesab ediləbilər. Çin–Avropa yük axınlarında konteyner daşımalarının sürətləartması, Orta Dəhliz üzrə yeni blok-qatar marşrutlarının açılmasıvə beynəlxalq maliyyə institutlarının layihəyə marağı bunu açıqşəkildə göstərir.
Dünya Bankının nümayəndələrinin Bakı Limanınıngenişləndirilməsinin maliyyələşdirilməsində iştirak imkanlarınımüzakirə etməsi də limanın regional deyil, qlobal logistikainfrastrukturu kimi qəbul edildiyini təsdiqləyir.
Beləliklə, Bakı Limanı Avrasiyada dəyişən geosiyasi və iqtisadireallıqlar fonunda yeni ticarət arxitekturasının əsas sütunlarındanbiri kimi formalaşır. İnfrastrukturun genişlənməsi, “yaşıl”transformasiya və beynəlxalq tərəfdaşlıqlar limanı qlobal logistikaxəritəsində getdikcə daha görünən edir. Bu mənada Bakı Limanınıninkişafı Azərbaycanın tranzit ambisiyalar ilə yanaşı, Avropa vəAsiya arasında daha təhlükəsiz, dayanıqlı və proqnozlaşdırıla bilənticarət sisteminin formalaşmasını dəstəkləyən strateji proses kimiqiymətləndirilə bilər.