RU

Süni intellekt trendləri Azərbaycanın rəqəmsal inkişaf strategiyasına necə inteqrasiya oluna bilər?

Bakı, 26 yanvar, AZƏRTAC

Davos 2026-da müzakirə olunan süni intellekt trendləri Azərbaycanın rəqəmsal inkişaf strategiyasına necə inteqrasiya oluna bilər?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov AZƏRTAC-a açıqlamasında bildirib ki, Davos 2026-da əsas diqqət “Agentic AI” (avtonom qərarlar verən süni intellekt agentləri) və “Suveren Süni İntellekt” (hər bir ölkənin öz dil və mədəniyyət bazasına malik olması) üzərinə fokuslanıb.

“Azərbaycan üçün bu trendlərin inteqrasiyası ilk növbədə dövlət xidmətlərinin tam proaktiv formata keçməsini nəzərdə tutur. Məsələn, “mygov” platformasının sadəcə məlumat daşıyıcısından, vətəndaşın ehtiyaclarını qabaqcadan sezən süni intellekt əsaslı şəxsi köməkçiyə çevrilməsi bu strategiyanın əsas hissəsi ola bilər. İqtisadiyyatın şaxələndirilməsi çərçivəsində yerli “Böyük Dil Modelləri”nin (LLM) yaradılması vasitəsilə milli rəqəmsal suverenliyin qorunması prioritet təşkil etməlidir”, - deyə Elvin Abbasov qeyd edib.

Избранный
32
1
azertag.az

2Источники