RU

Qızılın qiyməti rekord səviyyədə: Azərbaycana hansı təsirləri olacaq? VİDEO

Bakı, 26 yanvar, AZƏRTAC

Qlobal birjalarda qızılın qiyməti tarixi rekord həddə yüksələrək, bir unsiya üçün 5 min ABŞ dollarını ötüb. Dünya bazarlarında müşahidə olunan bu bahalaşma ölkəmizdən də yan keçməyib. Paytaxtın zərgərlik mağazalarında qızıl məmulatlarının qiymətlərində artım müşahidə olunur.

Qızılın bahalaşması Azərbaycan üçün bir sıra mühüm iqtisadi üstünlüklər də yaradır. Belə ki, ölkənin valyuta ehtiyatlarının müəyyən hissəsi qızıl aktivlərində saxlanılır. Qiymət artımı bu ehtiyatların ümumi dəyərinin yüksəlməsi, dövlətin maliyyə dayanıqlığının daha da möhkəmlənməsi deməkdir.

Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.

Избранный
26
1
azertag.az

2Источники