RU

İsrailə Qəzzadan son girovun meyiti qaytarıldı

İsrail Müdafiə Ordusu Qəzza zolağından sonuncu girovunun meyitinin gətirildiyini bildirib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

İsrail Milli Məhkəmə Tibb İnstitutu, polis və Hərbi Ravvinliyin birgə apardığı identifikasiya prosesi nəticəsində meyitin baş çavuş Ran Qviliyə məxsus olduğu təsdiqlənib.

Bildirilib ki, İsrailin Qəzza zolağında artıq sağ girovu və ya meyiti qalmayıb.


Telegram kanalımız
Избранный
101
6
yenisabah.az

10Источники