RU

1500 şəxs barədə ƏLİLLİK LƏĞV EDİLİB

“Ötən il xüsusi araşdırmalarla əlilliklə bağlı 1500 şəxs barədə qərar ləğv edilib”.

 

Xəbər verilir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri Ramin Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə saxtakarlığın, qərəzli, neqativ halların qarşısı alınıb: “Vətəndaş saxta olan və ya olmayan sənədlərlə müraciət etsə belə, onları aşkarlaya bilirik. Saxtakarlıq aşkar olunduğu təqdirdə müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilir”.

 

R.Rzayev əlavə edib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə xəstəxanaya geri qaytarılan göndərişlər 30% azalıb. Qafqazinfo.az


Избранный
110
4
azia.az

5Источники