RU

Oğul anasını öldürdüVİDEO

Bakıda 67 yaşlı qadın qətlə yetirilib, hadisədə onun oğlu şübhəli bilinir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi “Südçülük sovxozu” adlanan ərazidə baş verib.

İddialara görə, Emil Ağayev əvvəllər narkotik istifadəçisi olub. O, hətta bir müddət aidiyyəti dispanserdə bu asılılığa görə müalicə də alıb. Həmin gecə yoldaşı ilə birgə qayınanasıgildə qalıb. Səhər saatlarında evə qayıdaraq anasının iş yerinə taksi göndərib, onun təcili evə gəlməsini xahiş edib. Bundan sonra anasını bıçaqla qətlə yetirib.

Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
23
xezerxeber.az

1Источники