RU

Dərədən meyiti tapılan kişini oğlu öldürüb?

Şəmkir rayonunun Zəyəm Cırdaxan kənd sakini, 1970-ci il təvəllüdlü Arif Nəbiyevin dərədən meyiti tapılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 56 yaşlı kişinin meyiti yaşadığı evin yaxınlığındakı dərədə aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.

Meyiti dərədən tapılan 1970-ci il təvəllüdlü Arif Nəbiyevin ölümünün bəzi təfərrüatı məlum olub. Qətl hadisəsinin A.Nəbiyevin yeniyetmə oğlu tərəfindən törətdiyi ehtimal olunur.

Избранный
148
publika.az

1Источники