RU

Pullarına dəyər qatmaq üçün buna yatırım edirlər

Qızılın unsiyasının qiyməti ilk dəfə 5000 dolları keçib. Metbuat.az xəbər verir ki, 2025-ci ildən bəri 60%-dən çox bahalaşan qızıl qiyməti tarixi dəyər artımını davam etdirib. Məlumata görə, bahalaşma, ABŞ və NATO arasında Qrenlandiya ilə bağlı gərginlik, eləcə də maliyyə və geosiyasi qeyri-müəyyənliklərlə bağlı artan narahatlıqlar səbəbindən baş verib. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti də bahalaşmaya təsir edib.

Məlumata görə, qeyri-müəyyən ticarət dövründə investorlar tərəfindən təhlükəsiz sığınacaq kimi görülən qızıl və digər qiymətli metallara yüksək tələbat var. Gümüş qiymətləri də ilk dəfə 100 dollardan yuxarı qalxıb.

Избранный
13
15
metbuat.az

10Источники