RU

2 ci Dünya müharibəsi iştirakçısı 109 yaşında vəfat etdi

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2-ci Dünya müharibəsində iştirak etmiş ən yaşlı döyüşçülərdən biri olan rusiyalı Viktor Xomenko Kanadada dünyasını dəyişib.

525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı səfirliyi məlumat yayıb.

1917-ci il martın 28-də dünyaya gələn Xomenko müharibə dövründə bir çox ağır döyüşlərdə, o cümlədən, Leninqradadın müdafiəsində iştirak edib, dövlət mükafatlarına layiq görülüb.

Sonradan Kanadaya köçən Xomenko Kanada Veteranlar Assosiasiyasının fəal üzvlərindən biri olub.

Qeyd edək ki, hazırda 2-ci dünya müharibəsinin iştirakçısı olmuş və yaşayan ən yaşlı şəxs rumıniyalı İlie Çokandır.  1913-cü il iyunun 10-da dünyaya gələn Çokan 113 yaşındadır.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
68
525.az

1Источники