RU

NATO dezinformasiyaya qarşı müdafiə xarakterli süni intellekt hazırlayır

Şimali Atlantika Alyansı dezinformasiyanın real vaxt rejimində aşkarlanması və təsnifləşdirilməsi üçün süni intellekt texnologiyalarını tətbiq etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun hesabatında qeyd edilib.

Məlumata görə, “Müharibə ağıl oyunudur: silahlandırılmış informasiyaya qarşı mübarizə” adlı hesabat yanvar ayında Romada NATO Müdafiə Kolleci tərəfindən “Strategiya” silsiləsi çərçivəsində dərc olunub. Araşdırmanın müəllifləri bildirirlər ki, koqnitiv müharibə informasiyanın silah kimi istifadə olunmasını və reallığın qavranılmasının manipulyasiya edilməsini nəzərdə tutur.

Hesabatda qeyd olunur ki, alyans koqnitiv mühitin qorunması üçün üçtərəfli yanaşmaya üstünlük verir: texnoloji, tənzimləyici və təhsil istiqamətləri.

Texnoloji yanaşma çərçivəsində maşın öyrənməsi vasitəsilə “süni intellekt əsaslı dezinformasiyanın” avtomatik aşkarlanması, eləcə də “rəqəmsal süni intellekt personajlarının” yaradılması nəzərdə tutulur. Bu personajların “həssas əhali qrupları” ilə qarşılıqlı əlaqə quraraq onların manipulyasiyalara qarşı davamlılığını artıracağı bildirilir.

Tənzimləyici istiqamət süni intellektdən istifadəyə görə məsuliyyəti gücləndirən milli qanunvericilik aktlarının qəbulunu, təhsil istiqaməti isə erkən yaşlardan məktəb proqramlarına media savadlılığının daxil edilməsini nəzərdə tutur.

Qeyd edilir ki, 2024-cü ilin iyulunda NATO süni intellekt sahəsində yenilənmiş strategiyasını açıqlayaraq, bu texnologiyaların xarici təhdidlərə qarşı sürətli və təhlükəsiz inteqrasiyasının vacibliyini vurğulayıb.

Избранный
41
teleqraf.com

1Источники