RU

Nərimanov rayonunda obyektdə yanğın baş verib

Paytaxtın Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.

Bu barədə APA məlumat yayıb.

Məlumata görə, yanğın Əhməd Rəcəbli küçəsi 210 ünvanında yerləşən obyektlərdən birində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və xeyli sayda canlı qüvvəsi cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb və alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Избранный
52
5
apa.az

4Источники