RU

Tunis Liviya münaqişəsinin həlli ilə bağlı konfransa ev sahibliyi etməyə hazırdır

Tunis Liviyanın birliyinə, təhlükəsizliyinə və sabitliyinə sadiqdir və Liviya münaqişəsinin həlli ilə bağlı konfransa ev sahibliyi etməyə hazırdır.

"Far.Az"un "Business News"a istinadən verdiyi məlumata görə, bunu Tunis Prezidenti Kais Səid Əlcəzairin xarici işlər naziri Əhməd Attafla görüşündə bildirib.

Onun sözlərinə görə, Liviya probleminin həllini yalnız liviyalılar özləri tapa bilər və onun beynəlmiləlləşməsi vəziyyəti daha da çətinləşdirir.

O, yalnız liviyalıların xarici müdaxilədən azad olaraq öz iradələrinə uyğun olaraq gələcəyini müəyyən edə biləcəklərini vurğulayıb: "Tunis, liviyalıların istəklərini sərbəst şəkildə ifadə edə biləcəyi hərtərəfli bir konfransa ev sahibliyi etməyə hazırdır".

Qeyd edək ki, yanvarın 26-da Tunis, Misir və Əlcəzairin xarici işlər nazirləri - Məhəmməd Əli Nəffati, Bədr Əbdül Ati və Əhməd Əttaf Liviyadakı vəziyyəti həll etmək üçün üçtərəfli mexanizm çərçivəsində Tunis paytaxtında görüş keçiriblər.

Избранный
61
far.az

1Источники