RU

“Monako” heyətini “Mançester Siti”nin müdafiəçisi hesabına gücləndirmək istəyirmiş

“Monako” “Mançester Siti”nin müdafiəçisi Natan Ake ilə müqavilə imzalamağı planlaşdırırdı.

İdman.Biz xəbər verir ki, bu barədə məlumatı “L'Équipe” yayıb.

Mənbənin bildirdiyinə görə, monakolular müdafiədəki vəziyyəti yaxşılaşdırmağa çalışırlar.

Məhəmməd Salisu əvvəllər dizinin ön çarpaz bağını (dizin normal funksiyası üçün vacib sabitləyici bağlardan biri – red.) zədələmişdi və onun yerinə icarə əsasında “Lester Siti”dən Vaut Fas gətirilmişdi. Fasın özü isə Liqa 1 mövsümünün 19-cu turunda “Havr” ilə 0:0 hesablı oyunda artıq topuq zədəsi alıb. Bu dəfə onu Erik Dayer əvəz edib. Lakin Dayer də bud əzələsindən zədə alıb. Həm Fasın, həm də Dayerin bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

“Monako”da Akenin transferi ilə bağlı danışıqlar aparıldığı bildirilirdi, lakin bu danışıqlar tez bir zamanda nəticəsiz qaldı.

İdman.Biz
Избранный
36
1
idman.biz

2Источники