RU

Məmmədbəyliyə köçən sakin: Uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir

Bakı, 27 yanvar, AZƏRTAC

Allaha şükür olsun ki, torpaqlarımız azaddır. Bu qələbədə əziyyəti olan hər kəsin haqqı ölçüyəgəlməzdir. Bu gün ailəmlə birlikdə doğma yurduma qayıdıram.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Məmmədbəyli kəndinə köçən keçmiş məcburi köçkün Əkbər Hüseynov söyləyib.

Ə. Hüseynov bildirib ki, doğma yurdundan məcburi köçkün düşəndə 36 yaşı var idi: "Bu gün 69 yaşımda geri dönürəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Onların fədakarlığı sayəsində bu gün vətən torpağında addımlayırıq".

O əlavə edib ki, uzun illərdən sonra doğma yurda qayıtmaq insanı fərəhləndirir, həm də kövrəldir. Elə anlar var ki, sözlə ifadə etmək olmur.

Избранный
79
4
azertag.az

5Источники