RU

BU ÖLKƏDƏ süni intellekt polisə kömək edəcək

Böyük Britaniya hökuməti əhalidən polisə edilən təcili olmayan zəngləri idarə etmək üçün süni intellekt (Sİ) ilə işləyən çatbotlardan istifadə etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "The Times" qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Şabana Mahmuda istinadən məlumat yayıb.

Virtual köməkçinin zəngin birbaşa operatora, polis məmuruna və ya başqa bir təcili yardım xidmətinə ötürülməsinə qərar verə bilməsi gözlənilir.

Qeyd olunub ki, polis məmurlarını sənədləşmə işlərindən azad etmək məqsədilə bütün polis şöbələrində süni intellekt tətbiq etmək üçün yeni milli süni intellekt mərkəzi olan Police.AI yaradılacaq.

Süni intellekt həmçinin CCTV kameralarından, ağıllı video qapı zənglərindən və mobil telefonlardan götürülən görüntüləri, eləcə də avtomatik üz tanıma sistemlərindən alınan məlumatları təhlil etmək üçün istifadə olunacaq. Onların əhatə dairəsinin beş dəfə genişləndirilməsi və bütün İngiltərə və Uelsi əhatə etməsi planlaşdırılır.

Həmçinin qeyd olunub ki, İngiltərə və Uelsdə polis xidmətlərinin sayı birləşmələr yolu ilə hazırkı 43-dən 12-yə endiriləcək. Lakin bu proses sürətli olmayacaq. 2029-cu ilə qədər Daxili İşlər Nazirliyi gələcək sistem optimallaşdırması üçün model kimi istifadə edərək yalnız bir konsolidasiyanı tamamlamağı planlaşdırır.


Избранный
10
1
azia.az

2Источники