“National Security Journal” beyin mərkəzi ehtiyatda olan generalların, bürokratların, diplomatların və beynəlxalq təhlükəsizlik mütəxəssislərinin iştirakı ilə Üçüncü Dünya Müharibəsinə səbəb olacaq ABŞ-Çin qarşıdurmasında baş verə biləcək ssenariləri araşdırıb.
Publika.az xəbər verir ki, araşdırmada mümkün müharibənin ilk 48 saatının qanlı və dəhşətli olacağı qeyd olunur.
NSJ-nin hesabatında bildirilir ki, Çin ordusu ilk 24-48 saat ərzində ABŞ və müttəfiq ölkələrdəki hədəflərə mindən çox ballistik raket və PUA-larla hücum edə bilər. Hədəf siyahısında Pasifik (Sakit okean) bölgəsindəki hərbi hava bazaları, yanacaq depoları, komanda-nəzarət mərkəzləri, radar şəbəkələri və döyüş gəmiləri yer alır.
Çinin Hərbi Hava Qüvvələrinin invantarında DF-21 və DF-26 kimi orta və uzaqmənzilli raket sistemləri Quam, Yaponiya və digər ada zəncirinə qədər geniş coğrafiyanı təhdid edir. Bu hücumda əsas məqsəd ABŞ-ın logistik əlaqəsini və qərarvermə qabiliyyətini ilk saatlarda iflic etməkdir.
Hesabatda ABŞ Hərbi Hava Qüvvələrinin ana strategiyası olan “Agile Combat Employment” (ACE) doktrinasına diqqət çəkilir. Qeyd olunur ki, F-15EX, F-35 və tanker təyyarələrinin çoxsaylı bazaya yerləşdirilməsi bu ssenarilərə hazırlıq məqsədi daşıyır. Son dövrlər bölgədə reallaşan ən böyük hava təlimləri, xüsusilə “REFORPAC 2025” təlimi də belə ssenarilərə uyğun keçirilib.