RU

Marselonun oğlu “Real Madrid”lə ilk peşəkar müqaviləsini imzaladı

BAKI, 27 yanvar. TELEQRAF

Braziliya millisinin sabiq futbolçusu Marselonun oğlu Enso Alves “Real Madrid” klubu ilə ilk peşəkar müqaviləsini imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə Madrid təmsilşisinin rəsmi saytında məlumat verilib.

16 yaşlı oyunçu 2017-ci ildən “Real Madrid”in akademiyasında çıxış edir. O, beynəlxalq arenada isə İspaniyanın yeniyetmələrdən ibarət komandalarında çıxış edir və hazırda U-17 millisinin üzvüdür.

Atasından fərqli olaraq hücumçu mövqeyində oynayır. O, hələlik “Real”ın əsas komandasında meydana çıxmayıb.

Избранный
66
teleqraf.com

1Источники