RU

Zooloq məşhur “nihilist pinqvin”dən danışdı: “Bunu o vaxt müşahidə edə bilirsən ki...” - FOTO+ÖZƏL

Məşhur rejissor Verner Hersoqun 2007-ci ildə çəkdiyi “Dünyanın sonundakı görüşlər” sənədli filmindən olan kadr illər sonra “Nihilist pinqvin” adı ilə qlobal müzakirə mövzusuna çevrilib. Antarktikada lentə alınan görüntülərdə bir Adeli pinqvininin koloniyadan ayrılaraq təkbaşına əks istiqamətə-dağlara doğru getməsi əks olunub.
 
Qeyd edək ki, filmdə pinqvinin getdiyi yolda sağ qalma ehtimalının olmadığı vurğulansa da, sosial media istifadəçiləri “Nihilist pinqvin”i dərin düşüncələrin, sakit üsyanın və hətta emosional tükənmənin simvoluna çeviriblər. Kadrlar intihara bənzər bir davranış kimi şərh olundu və insanlar həmin pinqvinə "çox güclü idi", "o, qəhrəmandır", "özümə oxşatdım" kimi reaksiyalar verdilər.
 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov Moderator.az-a açıqlamasında bildirib ki, bu heyvanlar üçün bioloji bir haldır:
 
“Hər bir heyvan üçün nəslin qayğısına qalmaq xarakerik xüsusiyyətdir. Bu nəslin qayğısına qaymaqla bağlı həm erkək, həm də dişi fərdlərin xüsusi davranış formaları var. Bəzən görürsüz bu davranış formalarını ayrı-ayrılıqda müşahidə edəndə, onları bir-biri ilə əlaqələndirməyəndə o qədər də mənalı görünmür. Amma həm erkək, həm də dişi fərdin müəyyən məqamlarda davranışlarını izləyib, onları tutuşduranda orada bir məna formalaşır. Təbiət faktlarını çəkən, tədqiq edən rejissorların da ustalığı ondadır ki, onlar bu faktları əlaqələndirib, bir məna verə biləcək şəkildə ortalığa çıxara bilirlər. İnsan da onu müşahidə edəndə o mənanı görür, düşünür ki, heyvanlar arasında bu dərəcədə şüurluluq, bir-birinin qayğısına qalmaq, xüsusilə valideyn fərdin bala fərdə münasibəti var. Heyvanlar aləmində də bu cür dostluq, qayğı və bir-birinə doğmalaşmaq qabiliyyətləri var. Bu faktları o vaxt müşahidə edə bilərsən ki, həmin davranışları edən fərd səni görməsin. İnsan olmayan, tam təbii şəraitdə biz o davranışları müşahidə edə bilərik. Həmin o şəraiti çəkən kameralar xüsusi olaraq maskalanır ki, heyvanlar yaxınlıqda adam olduğunu, onları çəkdiklərini görməsinlər. Belə halları çəkənlər heyvanlarla necə davranmağın lazım olduğunun metodunu bilirlər. Biz də onları müşahidə edəndə burada həqiqətən də böyük mənanın olduğunu görürük. Bu bir bioloji mənadır”.
 
Təvəkkül İsgəndərov bildirib ki, heyvanlar arasında sevgi hissi yoxdur:
 
“Heyvanlar aləmində sevgi yoxdur, bağlılıq var. Dişi fərdin erkək fərdə münasibəti var. Onlar ailə şəklində sosial birlik yaradırlar. O sosial birliklər heyvanlar üçün xarakterik bir xüsusiyyətdir. Bu bir-birini ya qorumaq üçündür, ya nəsil verməklə, ya da yemlənmə ilə bağlı olan bir bağlıqdır. Qarğalarda, meymunlarda, pinqvinlərdə biz bunu daha aydın müşahidə edirik”, - deyə zooloq bildirib.
Избранный
41
moderator.az

1Источники