RU

Soyuq hava ABŞ-də tüğyan edir -VİDEO

ABŞ "tarixi" qar yağışı və soyuq hava şəraiti ilə mübarizə aparır. 

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki,  Texas, Nyu-York , Nyu-Cersi və Vaşinqton da daxil olmaqla, ölkənin mərkəzi və şimal-şərq hissələrindəki ştatlarda və ərazilərdə başlayan qar fırtınaları və donma temperaturu gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.

Nyu-York şəhərində güclü qar yağışı və donma temperaturundan sonra Hudzon çayının bəzi hissələri donub. Çayda böyük buz parçaları əmələ gəlib.

Qeyd edək ki, ABŞ-də ən azı 30 nəfər donaraq ölüb. 
 

Избранный
129
1
redaktor.az

6Источники