RU

Federal Təhqiqatlar Bürosu “Signal” messenceri ilə bağlı araşdırmaya başladı

Bakı. Trend:

ABŞ Federal Təhqiqat Bürosu (FBI) Minnesota ştatında solçufəallar tərəfindən Miqrasiya polisi və digər federal hüquq-mühafizəorqanlarına qarşı fəaliyyətlərin koordinasiyası üçün istifadəolunan, “Signal” şifrəli messencerindəki qrup çatları ilə bağlıaraşdırmaya başlayıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə FBI direktoru Keş Patel FoxNews telekanalına müsahibəsində bildirib.

“Biz dinc etirazlar çərçivəsində insanların söz azadlığınıpozmur və ya onları silah daşımaq hüquqlarına görə təqib etmirik.Lakin əgər siz zorakılığa təhrik edir və ya hüquq-mühafizəəməkdaşlarına zərər yetirməklə hədələyirsinizsə, bu artıq istintaqpredmetinə çevrilir. Məhz buna görə FBI “Signal”daki bu çatlarlabağlı araşdırmaya başlayıb”, – deyə Patel vurğulayıb.

Onun sözlərinə görə, FBI bu çatlara sağçı fəalların daxil olabilməsindən və oradan federal qurumlara qarşı müqavimət göstərməkbarədə təlimatlar, eləcə də immiqrasiya polisinə açıq qarşıdurmayaçağırışlar ehtiva edən mesajları yaymasından sonra diqqətyetirib.

Məqalədə:
Избранный
145
az.trend.az

1Источники