RU

BOKT “Finans Kredit”in vəzifəli şəxsi 1500 manat cərimələnib

Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində BOKT “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxsi barəsində inzibati tədbir görülüb.

Banker.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumatına görə, 2025-ci ilin dekabr ayında aparılan nəzarət tədbirləri zamanı “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, həmçinin kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə əsasən BOKT “Finans Kredit” MMC-nin vəzifəli şəxsi 1 500 manat məbləğində cərimə edilib.

Xatırladaq ki, “Finans Kredit” 2020-ci ilin sentyabr ayında yaradılıb. BOKT-nin səhmlərinin 100% Rəmiyəddin Məmmədov Hüseyn oğluna məxsusdur.

Избранный
21
18
banker.az

10Источники