Ötən il ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 14 milyard 481 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
2025-ci ilin yanvar-dekabr aylarında icrası davam edən layihələrə 105,5 milyon manat yönəldilmişdir, o cümlədən:
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 18,6 milyon manat,
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə 86,9 milyon manat.
İdarəetmə xərcləri. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 40,7 milyon manat təşkil etmişdir.