RU

AMB iki BOKT-un vəzifəli şəxslərini cərimələyib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) BOKT “Finans Kredit” MMC-nin və“SF Azerbaijan” BOKT MMC-nin vəzifəli şəxslərini inzibatiməsuliyyətə cəlb edib.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılancari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredittəşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-cimaddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatınMərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cübəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati XətalarMəcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, Bank olmayan kredittəşkilatı “Finans Kredit” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəlişəxsi 1 500 (min beş yüz) manat məbləğində, “SF Azerbaijan” Bankolmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəlişəxsi isə 2 000 (iki min) manat məbləğində cərimə edilmişdir”, -məlumatda qeyd edilib.

Избранный
102
15
az.trend.az

10Источники