RU

MEE: ABŞ İrana qarşı bu həftə nöqtəvi zərbələr endirə bilər...

Hədəf etirazçıların ölümü ilə əlaqələndirilən yüksək vəzifəli iranlı rəsmilər və hərbi komandirlərdir...

Poliqon xəbər verir ki, Middle East Eye (MEE) nəşri mənbəyə istinadla yaydığı məlumata görə, ABŞ hakimiyyəti İranda etirazçılara qarşı zorakılıqlara görə məsuliyyət daşıyan yüksək vəzifəli iranlı məmurlara və hərbi komandirlərə qarşı nöqtəvi zərbələr endirməyi planlaşdırır. Mənbənin sözlərinə görə, bu cür məhdudmiqyaslı hücumlar artıq cari həftə ərzində həyata keçirilə bilər.

Nəşrin həmsöhbəti bildirib ki, hücumun vaxtı dəyişə bilər və qərar hələ yekunlaşmayıb. MEE yazır ki, ABŞ administrasiyasında mümkün zərbələrlə bağlı “xaotik” müzakirələr gedir və rəsmi şəxslər İranın cavab addımlarının hansı nəticələr doğura biləcəyi mövzusunda ciddi fikir ayrılığı yaşayırlar.

Adının açıqlanmasını istəməyən ABŞ kəşfiyyatının sabiq əməkdaşı isə hesab edir ki, prezident Donald Tramp Tehranda hakimiyyətin dəyişdirilməsi məqsədindən tamamilə imtina etməyib. Onun fikrincə, Vaşinqtonda İranla bağlı sərt ssenarilər hələ də gündəmdədir.

Xatırladaq ki, İranda kütləvi etirazlar ötən ilin dekabr ayının sonunda milli valyutanın kəskin ucuzlaşması və qiymətlərin sürətlə artması fonunda başlayıb. İran hakimiyyəti iğtişaşlar zamanı 3,1 min etirazçının öldüyünü açıqlasa da, bir sıra media qurumları ölənlərin sayının 30 mini keçdiyini iddia edir. ABŞ prezidenti Donald Tramp dünən Tehranın Vaşinqtonla razılaşma əldə etmək istədiyini də bəyan edib.

Poliqon.info

Избранный
2
poliqon.info

1Источники