RU

“Bərdədə ilkin səhiyyə xidmətinin optimallaşdırılması üzrə pilot layihə icra olunur” - Sədr

“İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi pilot layihəsi çərçivəsində Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir. Bu çərçivədə 1 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib".

SİA xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həyata keçirilən dəyişikliklər nəticəsində Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi artıq 2 Ailə Sağlamlıq Mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi vasitəsilə ilkin səhiyyə xidmətləri ilə əhatə olunub.

Zaur Əliyev qeyd edib ki, bu model xidmətlərin daha səmərəli təşkili və resurslardan optimal istifadə baxımından mühüm əhəmiyyət daşıyır və gələcəkdə digər regionlarda da tətbiqi nəzərdə tutulur.

Müəllif: Günel Fərzəliyeva
Избранный
87
sia.az

1Источники