Suriya Prezidenti Əhməd əl-Şaraa sabah Moskvaya səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə “Syria” Tv məlumat yayıb.
Bildirilib ki, əl-Şaraa səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Suriya və ya Rusiya hakimiyyəti tərəfindən səfərlə bağlı rəsmi açıqlama verilməyib.