RU

Xəbərimiz təsdiqləndi: Cənubi Afrika klubunun futbolçusu “Qəbələ”də 

Cənubi Afrikanın “Stellenboş” klubunda çıxış edən Turan Manafovun Azərbaycana qayıdacağını xəbər vermişdik.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçunun 2025/26 mövsümünün sonuna qədər “Qəbələ”də icarə əsasında çıxış edəcəyini rəsmən açıqlayıb. Beləliklə, 27 yaşlı müdafiəçi mövsümün qalan hissəsini Azərbaycanda keçirəcək.

Turan Manafov cari mövsümün əvvəlində Cənubi Afrika təmsilçisi “Stellenboş”a qoşulmuşdu. O, bu müddət ərzində bütün turnirlərdə ümumilikdə 10 oyunda meydana çıxıb.

“Stellenboş” klubu futbolçuya icarə dövründə uğurlar arzulayıb.

Избранный
13
idmanxeber.az

1Источники