RU

ABŞ-dan uzaq durun: Blatter azarkeşləri DÇ-2026-nı boykot etməyə çağırdı

FİFA-nın keçmiş prezidenti Yozef Blatter azarkeşlərə 2026-cı il dünya çempionatı üçün ABŞ-a səyahət etməməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, daha əvvəl hüquqşünas və cinayət hüququ professoru Mark Pit İsveçrənin "Tagesanzeiger" qəzetinə verdiyi müsahibədə Amerikadakı mövcud vəziyyəti qiymətləndirmişdi.

"Siyasi rəqiblərin marginallaşdırılması, immiqrasiya rəsmiləri tərəfindən zorakılıq və ölkə daxilində gördüyümüz digər şeylər azarkeşləri səyahət etməyə təşviq etmir", - Pit bildirib.

Blatter özünün “X” hesabında Pitin müsahibəsindən sitat gətirib.

"Düşünürəm ki, Mark Pit bu Dünya Kubokunu şübhə altına almaqda haqlıdır.

Избранный
12
publika.az

1Источники