"Rəsmi Kiyev bir neçə ərazisinə dair güzəştləri özündə ehtiva edən sülh müqaviləsinə razı olarsa, ABŞ Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır".
Bunu Britaniyanın "Financial Times" nəşri özəl mənbələrinə istinadən yazıb.
Nəşri məlumatlandıran mənbənin sözlərinə görə, təhlükəsizlik zəmanətlərindən əlavə, Ukrayna lideri Volodimir Zelenski ərazi güzəştinə getməyə razılaşacağı təqdirdə, rəsmi Vaşinqton bu ölkəyə silah tədarükünü artırmağa da hazırdır.