
“ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün sülh danışıqlarında yaxından iştirak edir”.
Missiya.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Levitt brifinq zamanı məlumat verib.
O, 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilən ABŞ, Ukrayna və Rusiya arasında danışıqlara münasibət bildirib və qeyd edib ki, BƏƏ-də danışıqların aparılması faktının özü Trampın Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllini dəstəkləməkdə sarsılmaz mövqeyini göstərir.
"Prezident Donal Tramp Ukraynadakı müharibəyə son qoymaq üçün dərindən iştirak edir və təbii ki, onun müşavirləri, yəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff onu bu danışıqlar barədə məlumatlandırırlar", - deyə siyasətçi vurğulayıb.
Levitin sözlərinə görə, ötən həftəsonu keçirilən üçtərəfli danışıqlar geniş işıqlandırılmasa da, tarixi xarakter daşıyırdı, çünki ABŞ sülhü yaxınlaşdırmaq üçün müharibənin hər iki tərəfini bir masada araya gətirməyi bacarıb.
Daşqın HəsənovMissiya.Az