ain.az, Gununsesi saytına istinadən bildirir.
Milli Məclisin deputatı Eldar İbrahimov təklif edib ki, bölgələrdə yaşayan insanlara kommunal xərclərdə güzəşt edilməlidir.
Bunun nəticəsi olaraq isə bölgədən paytaxta olan axının qarşısının alına biləcəyi deyilir.
Bəs həqiqətən belədirmi?
Bu barədə iqtisadçı Natiq Cəfərli Gununsesi.info-ya danışıb.
“Bu fikir bir neçə dəfə gündəmə gətirilib. Doğrudan da regionlarda yaşayanların kommunal xidmətləri Bakı ilə eyni ola bilməz, ölməməlidir. Nəinki limit, onların qiyməti ucuz olmalıdır. Bəzi ölkələr var ki, paytaxtla bölgələr arasında qiymət fərqi iki dəfəyə yaxın olur, daha çox olanlar var. Bu təklif keçərli olarsa, regionların boşalmasını, paytaxta köçün azalmasını müşahidə edə bilərik. Çox vaxt böyük evlərə malik olan kənd camaatı kommunal ödənişləri çox olduğuna görə Bakıya köçməyə məcbur qalırlar”,-deyə o bildirib.
Orxan
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.