RU

Neft Fondunun investisiya portfelində xarici valyutaların payı açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)investisiya portfelinin dəyəri 73,540 milyard ABŞ dolları təşkiledib.

Bu barədə Trend Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən13,5 milyard ABŞ dolları və ya 22,5% çoxdur.

Hesabat dövrünə ARDNF-nin investisiyalarının 70,4%-i və ya51,772 milyardı ABŞ dollarındadır. Bu, ötən ilin eyni dövrünənisbətən 3,9 faiz bəndi çoxdur.

Eyni zamanda Fondun investisiya portfelində avronun payı bir iləvvəlki göstərici ilə müqayisədə 21,1%-dən 17,5%-ə və ya 10,926milyard avroya enib.

İnvestisiya portfelində ingilis funt sterlinqinin payı 4,9% vəya 2,659 milyard funt sterlinq təşkil edib ki, bu da illikmüqayisədə 1,4 faiz bəndi çoxdur.

Həmçinin bu ilin yanvarən 1-nə ARDNF-nin investisiya portfelindəÇin yuanınln payı 0,4 faiz bəndi azalaraq 2,2% (11,447 milyard),Yapon yeninin payı 1,3 faiz bəndi azalaraq 1,3% (150,940 milyon),digər xarici valyutaların payı isə 2,3 faiz bəndi artaraq 3,7%(2,164 milyard dollar ekvivalentində) təşkil edib.

Məqalədə:
Избранный
62
az.trend.az

1Источники