Metbuat.az xəbər verir ki, bu ada 1950-ci illərdə Sizlend ailəsi tərəfindən alınıb. Ailə bu gözəl məkandan bağ evi kimi istifadə edir. Onlar əsasən yay aylarında və şənbə-bazar günləri kiçik evlərində yaşayırlar. Ginnesin Rekordlar kitabına düşən bu ada rəsmi şəkildə yaşayış məntəqəsi kimi tanınır və dünyanın ən kiçik məskunlaşmış adası kimi məşhurdur.
Bu qeyri-adi ada turistlərin böyük marağına səbəb olur və insanın məhdud şərtlər altında belə təbiətə uyğunlaşa bildiyini göstərir.