RU

İrandakı etirazlarda ölənlərin sayı açıqlandı

İranda iqtisadi problemlər səbəbindən başlayan etirazlarda həyatını itirənlərin sayı açıqlanıb. 

“Unikal” xəbər verir ki, bu  barədə İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Məlumatda qeyd olunub ki, nümayişlər zamanı 214 nəfər təhlükəsizlik işçisi olmaqla 6 min 126 nəfər həyatını itirib. Həmçinin, bildirilib ki, ölkənin bir çox bölgəsində baş verən hadisələr nəticəsində 41 min 880 nəfər saxlanılıb. 

Xatırladaq ki, İranda 2025-ci il dekabrın 28-də yerli valyutanın xarici valyutaya nisbətən sürətlə ucuzlaşması və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən Tehranın Böyük Bazarında başlayan nümayişlər bütün ölkəyə yayılıb. Və 20 gündən artıq davam edib. 

Ayxanım Məlikova 

Избранный
30
2
unikal.az

4Источники