RU

İcbari tibbi sığortanın əhatəsi genişləndi və xidmət göstəriciləri artıb » AzadMedia.az


İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında icbari tibbi sığorta sistemindəki yeniliklər və statistik göstəricilər barədə məlumat verib.
2025-ci ildə əhalinin 54%-i icbari tibbi sığorta xidmətlərindən yararlanıb. Pasiyentlərin sayı 5,4 milyon nəfərə çatıb, 15,8 milyon müraciət qeydə alınıb. Xidmətlərin ən çox istifadə olunduğu sahələr ixtisaslı həkim müayinələri, radioloji və USM xidmətləri, ginekoloji müayinələrdir. Ən çox rastlanan xəstəliklər isə qan dövranı, endokrin, tənəffüs və həzm sistemi xəstəlikləridir.
Agentlik həmçinin sığortanın əhatə dairəsini genişləndirib. Artıq həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum edilmiş şəxslər də (məntəqə tipli cəzaçəkmə müəssisələrində olanlar istisna olmaqla) tibbi xidmətlərlə təmin ediləcək. Bununla yanaşı, qaçqın statusu almış şəxslər və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının himayəsində olanlar da icbari tibbi sığortadan yararlana biləcək.
İlkin səhiyyə xidmətinin təkmilləşdirilməsi pilot layihəsi çərçivəsində Bərdə rayonunda şəbəkə optimallaşdırılıb: 1 yeni Ailə Sağlamlıq Mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Bu təşəbbüs təxminən 3,5 milyon nəfərin xidmətə çıxışını asanlaşdıracaq və kadr potensialı gücləndirilir. Ölkə üzrə 78 Ailə Sağlamlıq Mərkəzi, 871 həkim məntəqəsi və 1168 tibb məntəqəsinin optimallaşdırılması planlaşdırılır.
Избранный
12
1
azadmedia.az

2Источники