RU

"Apple" "iPhone" qiymətlərini qaldıracaq

Böhran səbəbindən "iPhone" 18-in qiyməti "iPhone" 17-dən 100 dollar baha olacaq.

Missiya.Az "Lenta"ya istinadən xəbər verir ki, bununla bağlı qlobal maliyyə xidmətləri şirkəti Morgan Stanley hesabat yayıb.

Məlumata görə, "Apple" yaddaş çatışmazlığı səbəbindən yaza yaxın smartfon qiymətlərini qaldırmaq məcburiyyətində qalacaq.

Analitik hesabatda mütəxəssislər yaddaş böhranının "iPhone" istehsalının iqtisadiyyatına təsirini təhlil ediblər. Morgan Stanley mütəxəssisləri ilin əvvəlinin güclü smartfon satışları sayəsində "Apple" üçün yaxşı olacağını, lakin şirkətin bundan sonra qiymətləri qaldırmalı olacağını proqnozlaşdırıblar.

İlahə Qənbərli

Missiya.Az

Избранный
22
missiya.az

1Источники