RU

“Colan təpələri İsrailin suveren ərazisidir” - Netanyahu

"Suriya ilə heç bir anlaşmamız yoxdur. Hermon dağı yəhudi xalqı üçün müqəddəs məkandır. Colan təpələri isə İsrailin suveren ərazisidir”.

Missiya.Az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Bunlarla bağlı heç bir anlaşma müzakirə predmeti belə ola bilməz. Yalnız Suriyanın cənubunda status-kvo məsələsi müzakirə edilir. Suriyanın yeni hökümətini diqqətlə izləyirik. Biz asanlıqla onlara etibar edə bilmərik. Suriya höküməti regionda İsrailin imkanlarından agahdır və ən əsası İranın şiə qurşağının taleyindən də. Druzları qoruyacağıq", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники