RU

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən büdcə daxilolmaları 24 %-dən çox artıb

2025-ci ildə Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 135,3 milyon manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə isə 24,2 % çoxdur.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Özəlləşdirmə daxilolmaları proqnozdan 23 % çox icra edilib.

Məlumata görə, hesabat dövründə 58 özəlləşdirmə hərracı keçirilib. Hərraclarda iştirak etmək üçün 2 446 sifariş verilib. "Elektron hərrac" proqram təminatı vasitəsilə 149 onlayn qoşulma olub. Hərraca çıxarılmış əmlaklar üzrə 644 elektron sifariş qəbul edilib.

İl ərzində 236 kiçik dövlət müəssisə və obyekti, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaradılmış 8 açıq səhmdar cəmiyyətinin səhmləri, 208 obyektin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsi və 1 160 nəqliyyat vasitəsi özəlləşdirilib.

2025-ci ildə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 18,8 milyon manat sərmayə qoyulub, dövlət büdcəsinə 12,2 milyon manat ödənilib və həmin müəssisələrdə 622 yeni iş yeri yaradılıb.

Избранный
28
2
far.az

3Источники