RU

Hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Hakimin oğlunun intihar etdiyi hadisə ilə bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq yanvarın 25-də Xətai rayonunda törədilmiş cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

AFN.az prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Emin Əlizadənin Şəfiqə Ələkbərovanı qəsdən öldürməyə cəhd etməsi, daha sonra isə özünü hündürlükdən ataraq intihar etməsi faktı ilə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Qeyd edək ki, hadisə Ağ Şəhərdəki binalardan birində baş verib. E.Əlizadə Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğludur.

Избранный
51
10
afn.az

10Источники