RU

2025-ci ildə 59 mikro və kiçik sahibkar innovativ layihələr üzrə vergi güzəştləri əldə edib

Bakı. Trend:

2025-ci ildə 125 mikro və kiçik sahibkarlıq subyekti “Startap”şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafıAgentliyinə (KOBİA) müraciət edib. Nazirlər Kabinetinin 29 yanvar2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Startapın müəyyənolunması meyarları”na əsasən Ekspertlər Şurası tərəfindən 59 KOBsubyektinə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbulolunub. Şəhadətnamə almış sahibkarların 48-i hüquqi, 11-i fizikişəxs olmaqla, 53-ü mikro və 6-sı kiçik sahibkardır. 44 startap Bakışəhərindən, 15-i isə regionlardandır. Şəhadətnamə almışsahibkarların 10-u qadın sahibkardır. Layihələrin 4-ü “yaşıllayihə”dir. “Startap” şəhadətnaməsi almış biznes subyektləriistehsal və xidmət sektorlarında fəaliyyət göstərir, startaplarınəsas istiqamətləri maliyyə, təhsil və səhiyyə texnologiyaları,e-ticarət və rəqəmsal marketinq, rəqəmsal ödəniş sistemləri və s.sahələrdə innovativ həlləri özündə ehtiva edir.

Ümumilikdə “Startap” şəhadətnaməsinin verilməsinə başlanıldığı2021-ci ildən 2026-cı ilin 1 yanvar tarixinə KOBİA-ya 493 müraciətdaxil olub ki, onlardan 247-nə “Startap” şəhadətnaməsi verilib.

Qeyd edək ki, “Startap” şəhadətnaməsi KOB subyektlərinişəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindənəldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 ilmüddətinə azad edir. “Startap” şəhadətnaməsinin verilməsi, yaxudimtina edilməsi haqqında qərar KOBİA tərəfindən EkspertlərŞurasının rəyi əsasında verilir. Ekspertlər Şurası Agentliyinnəzdində 12 nəfərdən ibarət olan müxtəlif dövlət qurumlarınınnümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Mikro vəkiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-yamüraciət edə bilərlər. Ətraflı məlumat üçün: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Избранный
91
13
az.trend.az

10Источники